Azərbaycan hökuməti və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

Azərbaycan hökuməti və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib
# 15 yanvar 2010 20:37 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, komissiyanın sədri, baş nazirinin birinci müavini Yaqub Eyyubov olub.

Sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, xarici işlər nazirinin müavini Xələf Xələfov, nəqliyyat nazirinin müavini Musa Pənahov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri Kamal İsmayılzadə, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov isə komissiyanın üzvləri təyin ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR