Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt-Komitənin iclası keçiriləcək

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt-Komitənin iclası keçiriləcək
# 18 yanvar 2010 07:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fevralın 4-də Brüsseldə (Belçika) Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt-Komitənin 5-ci iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan və Avropa İttifaqı arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərə dair görülmüş işlərin, eləcə də Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində qeyd olunan məsələlərin müzakirə edilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR