Ötən il Azərbaycanda aparılan tikinti işlərinin həcmi 12% azalıb

Ötən il Azərbaycanda aparılan tikinti işlərinin həcmi 12% azalıb
# 22 yanvar 2010 07:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 3 158,9 mln. manat olub ki, 2008-ci illə müqayisədə işlərin həcmi 12,2% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində görülmüş işlərin 2,163 mlrd. manatını (ümumi həcmin 68,5%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 610 mln. manatını (müvafiq olaraq 19,3%) əsaslı təmir, 132,4 mln. manatını (4,2%) cari təmir, 253,5 mln. manatını (8%) isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 2 363,6 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 795,3 mln. manatlıq inşaat işləri görüb.

Bundan başqa, 2009-cu ilin on bir ayında inşaat bölməsində çalışmış 62,1 min nəfərin orta aylıq nominal əmək haqqı 449,8 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 500,4 manat olub. Dövlət mülkiyyətinə məxsus tikinti müəssisələrində işçilərin orta aylıq nominal əmək haqqı 365,9 manat olub. Əmək haqqı tikinti sahəsinin hazırlanması sahəsində 43%, bina və qurğuların tikintisi sahəsində 11,4% artıb, bina və örtüklərin mühəndis avadanlıqlarının quraşdırılması və bəzək işləri sahələrində isə əvvəlki ilin səviyyəsindən yüksək olmaqla müvafiq olaraq 443,6 və 264,9 manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR