BMT yaxın aylarda «Transmilli Avrasiya Super İnformasiya Magistralı» layihəsi üzrə qətnamə qəbul edəcək

BMT yaxın aylarda «Transmilli Avrasiya Super İnformasiya Magistralı» layihəsi üzrə qətnamə qəbul edəcək
# 23 yanvar 2010 11:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Əliyar Təmirov bu gün Nazirlikdə 2009-cu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Qeyd edək ki, 2008-ci ilin noyabr ayında Bakıda keçirilən «Bakutell 2008» beynəlxalq sərgi-konfransında iştirak edən dövlət və təşkilatlar - Türkiyə, ABŞ, Estoniya, Litva, Hindistan, Sloveniya, İordaniya, Rusiya, Gürcüstan, Moldova, Qazaxıstan, Əfqanıstan, Türkmənistan, İran, Ukrayna, Malayziya, Misir, Belarus, UNDESA (United Nations - Department of Economic and Social Affairs), TAE (Trans-Asia-Europe layihəsi), RRB (United States Railroad Retirement Board) nümayəndələri layihəyə siyasi dəstək verib, İnternetin qiyməti və digər məsələləri müzakirə edib və Supermagistral haqqında Bakı Bəyannaməsi qəbul ediblər. Sənəddə görüş iştirakçıları yüksək səviyyəli səhiyyə, sosial-iqtisadi inkişaf və demokratiyanın təmin edilməsi məqsədilə qlobal informasiya infrastrukturlarının yaradılması zərurətini təsdiq edib, cəmiyyətdə kompüter savadı, rabitə, kompüter texnikası, elektronika və media olmadığına görə informasiya əldə etmək imkanı sahəsində bərabərsizliyə qarşı fəal addımlar atmaq zərurətini vurğulayıblar.

Hazırda Azərbaycan Trans-Avropa-Asiya (TAE) layihəsinin Xəzər seqmentinin tikintisini «Transmilli Avrasiya Super İnformasiya Magistralının yaradılması Layihəsi» çərçivəsində reallaşdırmaq imkanını nəzərdən keçirir. Şərq-Qərb super informasiya magistralının həyata keçirilməsi region ölkələrini ucuz və keyfiyyətli internetlə təmin etməyə imkan verəcək, yüksək texnologiyaların inkişafına, regional elektron bazarın yaradılmasına şərait yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR