Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - <font color=red>  FOTO</font>
# 23 yanvar 2010 11:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2009-cu ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, kollegiyada çıxış edən Nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev qeyd edib ki, 2009-cu ildə Azərbaycanın İKT və poçt sektorunda əldə edilən gəlir 13,6% artaraq 1 081,2 mln. manata çatıb. Ötən il ərzində İKT sektorunda artım tempi 13,7% təşkil edib, o cümlədən, telekommunikasiya sektoru üzrə 15,4%, poçt sektorunda isə 5,6% olub.

Bununla yanaşı RİTN-in səyləri nəticəsində ölkədə həyata keçirilən «100 ailəyə 100 telefon» layihəsi çərçivəsində artıq ölkə əhalisinin hər 100 ailəsinə 64 telefon düşür, Bakı şəhəri üzrə isə bu göstərici 120-yə çatdırılıb.

Ölkədə əvvəlki il ilə müqayisədə mobil sektor üzrə artım tempi 11% təşkil edib. Dövlət rabitə operatorları tərəfindən CDMA texnologiyası üzərindən göstərilən xidmətlər əhalinin 63%-ni əhatə edib və bu xidmətin artıq 25 564 abunəçisi var.

İclasda RİTN-in şöbə müdirləri, birlik və müəssisələrin rəhbər işçiləri məruzələrlə çıxış ediblər. Tədbirin ikinci hissəsində rabitə işçilərinin fəxri mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə nazir Əli Abbasov ölkə prezidentinin sərəncamı ilə fəxri ada layiq görülmüş rabitə işçilərinə medalları təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR