Azərbaycanda sabit telefon xidmətlərinin tarifləri endiriləcək

Azərbaycanda sabit telefon xidmətlərinin tarifləri endiriləcək
# 25 yanvar 2010 07:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda sabit telefon infrastrukturu inkişaf etmiş ölkələr səviyyəsindədir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib: «Azərbaycanda istənilən kənd yüksək sürətli internet xidməti və telefon rabitəsi ilə təmin edilib. Lakin apardığımız monitorinq göstərir ki, bu sahənin tarif siyasətində müəyyən dəyişikliklər həyata keçirilməlidir. Artıq nazirlik qiymətlərin aşağı salınması ilə bağlı təkliflər hazırlayıb».

Nazir qeyd edib ki, bu tariflərin tətbiqi nəticəsində sabit telefon şəbəkəsi genişlənəcək və istehlakçılara yeni telefon xidmətləri təqdim ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda sabit telefon şəbəkəsinin ümumi tutumu 1 562 113 nömrə təşkil edir və 2009-cu ildə şəbəkənin genişləndirilməsi məqsədi ilə 57 202 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR