Azərbaycanda CSI indikatoru kəskin artıb

Azərbaycanda CSI indikatoru kəskin artıb
# 25 yanvar 2010 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2009-cu ilin dekabr ayı üzrə 196,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin noyabr ayında bu indikator 67,9%-ə, oktyabrda isə 44,4%-ə bərabər olub.

Qeyd edək ki, CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın analoji göstəricisinə nisbəti kimi hesablanır. Mənzil tikintisi prosesi əhalinin gəlirləri və alıcılıq qabiliyyətinin vəziyyəti ilə birbaşa bağlı olduğundan, həm əhalinin gəlirlərinin səviyyəsi, həm də ümumi iqtisadiyyatın inkişaf səviyyəsini göstərir.

Nisbi göstərici olan CSI indikatoru ilə yanaşı mənzil tikintisinə yönəldilən investisiyaların mütləq rəqəmlərlə ifadə olunmuş göstəriciləri də vacibdir. Belə ki, mənzil tikintisinə ötən ilin dekabrında 65,7 mln. manat, noyabrda 33,4 mln. manat, oktyabrda 49,2 mln. manat, sentyabr ayında 110,7 mln. manat vəsait yönəldilib. Beləliklə, dekabr ayında əvvəlki ayla müqayisədə mənzil tikintisi sahəsində kəskin canlanma baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR