Azərbaycanın telekommunikasiya şəbəkəsində yeni prefikslərin tətbiqinə başlanılıb

Azərbaycanın telekommunikasiya şəbəkəsində yeni prefikslərin tətbiqinə başlanılıb
# 26 yanvar 2010 13:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics». Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsində operatorlara, hüquqi və fiziki şəxslərə müraciət və sorğuların cavablandırılması üçün ötən il ərzində 23 üçrəqəmli prefiks ayrılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmçinin il ərzində simsiz (mobil rabitə istisna olmaqla) telefon rabitəsi xidməti üçün 10 min prefiks, 17 milli nöqtə (point) kodu, 3 beynəlxalq nöqtə (point) kodu, 2 intelektual şəbəkə kodu, telefon rabitəsi xidməti üçün 103 min prefiks, CDMA stasionar telefon rabitəsi xidməti üçün 10 min prefiks, mobil telefon rabitəsi xidməti üçün 8 mln. prefiks ayrılıb.

Bununla yanaşı, ümumistifadəli telekommunikasiya şəbəkəsində üçrəqəmli prefikslərə olan tələbatı ödəmək məqsədi ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tövsiyələrinə uyğun olaraq şəbəkədə intellektual xidmətlərin təşkili məqsədi ilə yeni 9XX prefikslərinin şəbəkədə tətbiqinə başlanılıb.

Eyni zamanda, RİTN Azərbaycanda beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili üçün tələb olunan beynəlxalq nöqtə kodlarının ayrılması zərurəti ilə əlaqədar ITU-ya müraciət edərək 8 yeni beynəlxalq nöqtə kodu alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR