«Azərpoçt» yayım paketlərinin satışına başlayıb

«Azərpoçt» yayım paketlərinin satışına başlayıb
# 26 yanvar 2010 14:53 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC Türkiyənin «Cen Telekommunikasiya Xidmətləri» şirkəti ilə müqavilə imzalayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müqavilənin şərtlərinə əsasən, «Azərpoçt» «Digi Türk Asiya» kanallarının yayım paketlərinin (kartlarının) Azərbaycan poçt şöbələrində satışını təşkil edəcək.

Hazırda layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən poçt şöbələrində yayım paketlərinin satışı təşkil edilib və xidmət təqdim edilir.

Eyni zamanda, «Azərpoçt» ötən il ərzində regionlarda «BestComp Group» şirkəti ilə bağlanmış müqavilə əsasında «Xalq Kompüteri» layihəsi çərçivəsində müəllimlərə kompüterlərin mərkəzləşdirilmiş qaydada çatdırılmasını və poçt şöbələrində kredit ödənişlərinin qəbulunu həyata keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR