Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 15% azalıb

Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 15% azalıb
# 28 yanvar 2010 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda tikinti materialları sənayesində istehsal və göstərilmiş xidmətlərin həcmi 15,1% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə əsas məhsullardan olan sement və sementdən hazırlanan məhsulların istehsalının azalmasına baxmayaraq, asfalt istehsalı 2 dəfə artıb, həmçinin, keramika tavaları və lövhələrinin də istehsalı ötən illə müqayisədə 41,9%, tikinti gipsi isə 18,9% çox olub.

Müəssisələr tərəfindən 1,3 mln. ton sement, 18,9 min kubmetr sementdən yığma-tikinti konstruksiyaları və 5,5 min ton tikinti blokları istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR