“VTB Bank Azərbaycan” CFT-bank sisteminin tətbiqi layihəsinin birinci mərhələsini başa çatdırıb

“VTB Bank Azərbaycan” CFT-bank sisteminin tətbiqi layihəsinin birinci mərhələsini başa çatdırıb
# 28 yanvar 2010 11:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “VTB Bank Azərbaycan” “Maliyyə Texnologiyaları Mərkəzi” (CFT) bank sisteminin tətbiqi layihəsinin birinci mərhələsinin həyata keçirilməsini başa çatdırıb.

«APA-Economics»in məlumatına görə, hazırda bankda CFT-Bank sisteminin kredit, depozit və mübadilə əməliyyatlarının avtomatlaşdırılması, hesab-kassa xidməti və Azərbaycan Mərkəzi Bankı üçün hesabatlılıq üzrə modulları tətbiq edilib.

Bununla yanaşı, İT-layihə çərçivəsində sistemin depozit və kredit modullarını Azərbaycan qanunvericiliyinin tələblərinə və kodlarına uyğunlaşdırılıb.

Növbəti mərhələdə daha 20 modulun tətbiqi planlaşdırılır, nəticədə bank güclü müasir informasiya platforması əldə edəcək və bu biznes istiqamətlərini yeni keyfiyyət mərhələsinə çatdırmağa imkan verəcək.

Xatırladaq ki, “VTB Bank Azərbaycan” dinamik inkişaf edən beynəlxalq maliyyə qurumu olan “VTB Group”a daxildir. “VTB Group” Qərbi Avropa, Asiya və Afrikanın 21 dövlətində fəaliyyət göstərir.

CFT-Bank - maliyyə sektoru üçün İT-texnologiyalar sahəsində 1991-ci ildən fəaliyyət göstərir. Şirkət banklar üçün layihələndirmə, tədqiqat və yüksək texnologiyalı həllərin tirajlaması, prosessinq xidmətləri, İT-konsaltinq, avadanlıq təchizatı sahəsində çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR