Azərbaycan İpoteka Fondu internet-provayder seçir

Azərbaycan İpoteka Fondu internet-provayder seçir
# 02 aprel 2010 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) kompüter şəbəkəsinin beynəlxlaq şəbəkəyə çıxışının təminatı üçün internet-provayderin seçilməsi, həmçinin Fondun inzibati binası və Sumqayıtda yerləşən ehtiyyat mərkəzinə fiber optik xəttinin çəkilişi ilə bağlı təkliflər sorğusu elan edib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar təklif zərflərini bu ilin aprel ayının 19-dək, tələb olunan digər sənədləri isə aprelin 8-dək AİF-in inzibati binasına təqdim edə bilər. Zərflər bu ilin aprel ayının 20-də AİF-in inzibati binasında açılacaq.

Qeyd edək ki, sorğuda iştirak haqqı 50 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR