«AdaNet» şirkəti genişzolaqlı internet istifadəçilərinə yeni imkanlar təqdim edib

«AdaNet» şirkəti genişzolaqlı internet istifadəçilərinə yeni imkanlar təqdim edib
# 02 aprel 2010 12:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azerbaijan Data Network” (“AdaNet”) internet provayder şirkəti genişzolaqlı internet xidmətlərinin istifadəçilərinə yeni imkanlar təqdim edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə bildiriblər ki, artıq internet xidmətlərinin 2 aylıq haqqını bir dəfəyə ödəyən yeni müştərilərin qoşulması pulsuz olacaq.

Bununla yanaşı, bu aydan etibarən hər yeni ADSL müştəri qoşulduğu ilk bir ay ərzində ikiqat sürət təqdim ediləcək. Eyni zamanda şirkət ADSL müştərilərinin maraqlarını nəzərə alaraq onlara tarif planını pulsuz özlərinin dəyişməsinə imkan verib. Bunun üçün müştəri öz şəxsi kabinetinə daxil olaraq tarif planını dəyişə bilər.

Xatırladaq ki, «Azerbaijan Data Network» QSC 1998-ci ilin iyun ayında yaradılıb və internet xidmətləri provayderidir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (51%) və Almaniyanın «ALKOM Informations-Technologien» şirkəti (49%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR