“Connect TV” “Müştəri Xidmətləri” ofislərinin şəbəkəsini genişləndirib

“Connect TV” “Müştəri Xidmətləri” ofislərinin şəbəkəsini genişləndirib
# 05 aprel 2010 08:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «Connect» şirkəti “Müştəri Xidmətləri” ofislərinin şəbəkəsini genişləndirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, şirkətin yeni ofisi Şüvəlan qəsəbəsində A.İldırım küçəsi-21 ünvanında fəaliyyətə başlayıb. Artıq şirkətin müştəriləri müqavilə bağlamaqla və ya ödənişlə bağlı bu ofisə müraciət edə bilərlər. Yeni ofis istirahət günlərində saat 12:00-dən 21:00-dək işləyir.

Bununla yanaşı, “Connect TV”nin bütün abunəçilərinə 30 ən populyar radio-kanaldan ibarət əlavə paket təqdim edilib. Radiopaketə qoşulmaq üçün resiverin pultu üzərindəki “TV/RA” düyməsini basmaq kifayətdir.

Xatırladaq ki, «Connect» şirkəti 2005-ci ildə internet provayder kimi fəaliyyətə başlayıb. Şirkət 2008-ci ildən rəqəmsal televiziya xidmətləri göstərir, bu günə kimi Bakı və Abşeron yarımadasını əhatə edib. «Connect» çoxmərtəbəli evlərlə yanaşı, xüsusi evlərdə də kabel televiziyası xidmətləri göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR