Azərbaycan Təhsil Nazirliyi: Təhsilin informasiyalaşdırması layihəsinin həyata keçirilməsində güzəştli proqramlara ehtiyac var

Azərbaycan Təhsil Nazirliyi: Təhsilin informasiyalaşdırması layihəsinin həyata keçirilməsində güzəştli proqramlara ehtiyac var
# 06 aprel 2010 11:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda orta hesabla hər 20 şagirdə 1 kompüter düşür. Halbuki 2007-ci ilin sonuna bu göstərici 30 şagirdə 1 kompüter təşkil edib.

Təhsil Nazirliyi informasiyalaşdırma şöbəsinin rəhbəri Samir Məmmədov «APA-Economics»ə bildirib ki, bəzi elektron məktəblərdə hər 12-15 şagirdə 1 kompüter düşür.

Avropa standartlarına görə bu göstərici 10-12 şagirdə 1 kompüter səviyyəsindədir və Azərbaycan standartları da bu standartlara yaxındır: “Hazırda bizim məqsədimiz bu il üçün müəllimlərin sırf dərslərdə istifadə etdikləri texnologiyalara və resurslara diqqət yetirməkdir”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, hazırda “1 şagirdə 1 kompüter” pilot layihəsi həyata keçirilir və bu layihə çərçivəsində şagirdlərə netbuklar təqdim edilir: “Pilot layihə müsbət nəticələr ortaya qoyduğu halda, məktəblərdə kompüter laboratoriyaları təcrübəsi dayandırıla və hər sinif otağında hər şagird kompüterlə təmin edilə bilər”.

S.Məmmədovun sözlərinə görə, bu, çox böyük layihədir və böyük vəsait tələb edir: “Burada dövlət vəsaiti ilə yanaşı, müxtəlif kredit sistemlərinə və “Xalq kompüteri” kimi güzəştli layihələrə zərurət duyulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR