Mayın sonunadək Azərbaycanın digər mobil operatorları 3G lisenziyasını alacaq

Mayın sonunadək Azərbaycanın digər mobil operatorları 3G lisenziyasını alacaq
# 09 aprel 2010 15:07 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, “Azercell Telekom” və “Bakcell” şirkətləri Dövlət Tezliklər Komissiyası ilə mövcud olan məsələləri müzakirə etdikdən sonra operatorların lisenziya problemi həll olunacaq.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər»ə etdiyi əlavələrə əsasən, iddiaçı üçüncü nəsil mobil rabitə xidmətləri sahəsində fəaliyyətə lisenziya almaq üçün şəbəkənin istismara verilməsi mərhələləri, şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası, təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi, 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat və «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə Planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyini təqdim etməlidir. Lisenziyanın müəyyən edilmiş dəyəri 11 min manatdır.

Tələb olunan sənədlərin əsas hissələrindən biri müvafiq radiotezliklərin mövcudluğudur. Bu texnologiyanı tətbiq etmək üçün tələb olunan tezlik diapazonu 2 Ghz-dir. Azərbaycanda 3G texnologiyasının tətbiqi üçün ilk lisenziyanı ötən ilin sonunda «Azerfon» şirkəti alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR