Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 7,8 mln-u ötüb

Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 7,8 mln-u ötüb
# 19 aprel 2010 13:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu ilin I rübündə həyata keçirdiyi modernləşdirmə tədbirləri nəticəsində ölkənin telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz bəndi artaraq 87,9%-ə çatdırılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Econimics»ə verdiyi məlumata görə, Bakı şəhər telefon şəbəkəsində bu göstərici 1,5 faiz bəndi artaraq 91,5%-ə, respublikanın digər ərazilərində isə 84,2%-ə çatdırılıb. Hesabat dövründə kənd ATS-lərinin elektronlaşma səviyyəsi 0,4 faiz bəndi - 84,2%-dək artıb.

Hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 16 ədəd, Bakı şəhəri üzrə 34,4 ədəd, ölkənin digər ərazilərində 10,5 ədəd, o cümlədən kənd yerlərində 6,9 ədəd təşkil edir.

Mobil abunəçilərin sayı isə ilin əvvəlinə nisbətən təxminən 56 min nəfər artaraq 7 813 128 nəfər təşkil edib ki, bu da hər 100 nəfərə 87 mobil abunəçinin düşməsi deməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR