Azərbaycanda genişzolaqlı şəbəkədən 76 022 nəfər istifadə edir

Azərbaycanda genişzolaqlı şəbəkədən 76 022 nəfər istifadə edir
# 19 aprel 2010 14:41 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 76 022-yə çatdırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun “APA-Econimics”ə verdiyi məlumata görə, bu ilin I rübündə “Aztelekom” İstehsalat Birliyi üzrə genişzolaqlı şəbəkə xidmətlərinin əhatə dairəsi genişləndirilib və 120 yeni istifadəçinin genişzolaqlı internet xidmətlərindən istifadəsi üçün imkan yaradılıb.

Hesabat dövründə genişzolaqlı şəbəkənin ümumi tutumu artırılaraq 5032 porta, bu xidmətlərin təşkil olunduğu şəhərlərin sayı 51-ə çatdırılıb. “Aztelekom” İB üzrə ADSL abunəçilərinin sayı ilin əvvəli ilə müqayisədə 326 ədəd artırılaraq 2538-ə çatdırılıb.

Eyni zamanda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən genişzolaqlı rabitə xidmətlərinin genişləndirilməsi üçün şəbəkənin ATS-lərində ADSL, ASAM, Honet avadanlıqlarının montaj tutumları bu ilin I rübündə 13 min 400 port artırılaraq portların sayı 38 766 ədədə çatdırılıb və montaj olunmuş portların 17 518 ədədi istifadəyə verilib. Kənar provayderlərə məxsus ADSL-lər nəzərə alınmaqla hesabat dövründə BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı 49 390 ədədə çatıb.

BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərindən istifadə edən abunəçilərin sayı ilin əvvəli ilə müqayisədə 1063 ədəd artaraq 26 627-yə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR