Azərbaycandan Avropa şəhərlərinə aviareyslər bərpa olunub

Azərbaycandan Avropa şəhərlərinə aviareyslər bərpa olunub
# 22 aprel 2010 08:06 (UTC +04:00)
«Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Bakıdan Avropa şəhərlərinə bütün aviareyslər normal qaydada yerinə yetirilir: «Təxirə salınmış aviareyslər də həyata keçirilib və hava limanında heç bir aviareys üzrə sıxlıq müşahidə olunmur».

M.Səfərli onu da bildirib ki, eyni zamanda Avropa şəhərlərindən Bakıya, əks istiqamətdə yerinə yetirilən aviareyslərdə də heç bir problem yoxdur.

Qeyd edək ki, ötən həftə İslandiyada vulkan püskürməsi nəticəsində Azərbaycandan Avropa ölkələrinin bir neçə şəhərinə yerinə yetirilən sərnişin aviareysləri təxirə salınmışdır. Bir çox ölkələrdə hava limanları ümumiyyətlə fəaliyyətini dayandırmışdır. Hazırda Avropa hava məkanının tam bərpa olunduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR