“Nar Mobile” yeni güzəşt kampaniyasına start verib

“Nar Mobile” yeni güzəşt kampaniyasına start verib
# 30 aprel 2010 14:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk 3G operatoru “Azerfon” şirkəti “Nar Mobile” brendi altında yeni “Narlı Nokia” kampaniyasına start verib.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində şirkət “Nar Nömrə”, “Nokia Telefonu” və çoxsaylı bonusları vahid və sərfəli paket şəklində təqdim edir.

“Narlı Nokia” kampaniyasında iştirak etməklə istifadəçilər “Nokia 2330” klassik mobil telefonunu “Nar Nömrəsi”, pulsuz ölkə daxili zənglər və internet trafiki şəklində bonuslar əldə edirlər. Sərfəli qiymətə telefon və yeni “Nar” nömrə ilə yanaşı, abunəçilər kampaniya müddətində balanslarını ilk üç dəfə minimum 5 manat məbləğində artırmaqla bütün istiqamətlərdə ölkə daxili zənglər üçün 35 dəqiqə, 35 SMS və 5 MB internet trafik əldə edirlər. “Nokia” telefonu, “Nar Nömrə”, pulsuz danışıq vaxtı və internet trafikindən ibarət olan paketin qiyməti 69 manat təşkil edir.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən “Nar Mobile” brendi ilə başlayıb. Hazırda şirkətin şəbəkəsi Azərbaycanın 80% ərazisini əhatə edir və 1,6 mln.-dan çox abunəçiyə xidmət göstərir. Ötən ilin dekabrından “Azerfon” ölkədə ilk dəfə olaraq “Azerfon-Vodafone” brendi altında 3G texnologiyası əsasında xidmət göstərməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR