Bu gün dünyada internet problemi gözlənilir

Bu gün dünyada internet problemi gözlənilir
# 05 may 2010 09:18 (UTC +04:00)
Bu sistemin faydası isə odur ki, DNS operatorlarından gələn cavablara digital imza yüklənir, internet istifadəçilərinin ziyarət etdikləri saytın aldatma məqsədilə istifadə edilmədiyini və saytın etibarlı olmasını təsbit etməyə imkan verir. DNSSEC sistemi digital imza göndərərkən və alarkən yeni qovluq transferi gerçəkləşdirir ki, bu da internetdə sürətin azalmasına səbəb ola bilər.

Azərbaycanın ilkin provayderi “Delta Telekom” şirkətinin texniki direktoru Rahid Ələkbərli “APA-Economics”ə bildirib ki, DNSSEC sisteminə keçid mərhələlərlə həyata keçiriləcək: “Bir əsas serverdə yeni sistemin yüklənməsi ilə bağlı upqrade işləri başa çatdıqdan sonra digər servərdə işə başlanacağına görə bu proses Azərbaycanda istifadəçilər tərəfindən demək olar ki, hiss edilməyəcək”.

R.Ələkbərlinin sözlərinə görə, sistem domen adları sistemində mövcud olan boşluqları doldurmağa və təhlükəsizliyi artırmağa imkan verir.

Qeyd edək ki, bu il iyulun 1-dən etibarən DNS sisteminin əsas zonasında DNSSEC sisteminin dəstəklənməsinin tam tətbiq edilməsi planlaşdırılır. ABŞ Milli Domenlərin Dəstəklənməsi Komitəsinin (ccNSO) məlumatına əsasən, 2007-ci ildə bu sistemə ölkənin 7% qeydiyyatları keçirilib, ötən il isə 25% milli qeydiyyatlar sistemə keçib.

Xatırladaq ki, sistem 2008-ci ildə İCANN tərəfindən buraxılıb. Hazırda bu sistem "VeriSign” şirkəti, ABŞ-ın Ticarət Nazirliyi və İCANN ilə birgə sistemin tətbiqi ilə bağlı layihə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR