Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov: «Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrası sürətləndirilməlidir»
12 may 2010 12:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə – APA. Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu layihəsi çərçivəsində dağlıq ərazilərdə aparılan işlər sürətləndirilməlidir. APA-nın məlumatına görə, bunu Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, BTQ çərçivəsində Kars-Axalkalaki sahəsində işlər davam etdirilir: «Dünən biz Gürcüstanda Marabda-Tetritskaro hissəsində olduq. Hesab edirik ki, nəzərdə tutulmuş reabilitasiya işləri həyata keçiriləcək. Bu gün biz Gürcüstanın Axalkalaki hissəsinə və Türkiyə sahəsinə də baxacayıq. İndi dağlıq ərazilərdə işləri sürətləndirmək lazımdır. Belə ki, burada qış sərt keçir və məhz ona görə vaxtdan səmərəli istifadə etmək lazımdır».
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.

İnfrastruktur
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
15:35
10 sentyabr 2024
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılaraq
11:47
10 sentyabr 2024
Bakı metrosunun iki xəttində qatarların hərəkətində yubanma yaranıb
09:23
10 sentyabr 2024
AYNA: Bu il avtobus marşrutları üzrə 60-dan çox müsabiqə keçirilib
11:27
9 sentyabr 2024