Saatlı rayonunda avtomobil yolları bərpa olunur

Saatlı rayonunda avtomobil yolları bərpa olunur
# 13 may 2010 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən magistral yolların sel təhlükəsindən mühafizəsi məqsədilə kompleks tədbirlər görülür.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi Saatlıda da fəaliyyətini gücləndirib və ümumiyyətlə magistral yollar sel təhlükəsindən mühafizə olunur. Nazirliyin müvafiq qurumları və strukturları təbii fəlakət zonasında 3 növbəli iş rejimini davam etdirir. Belə ki, bir neçə gün ərzində Saatlı rayonu ərazisində 16 km-lik Musalı-Məzrəli avtomobil yolunun 6 km-i artıq bərpa edilib. Eyni zamanda, Hacıqabul-Bəhramtəpə yolunun 68-ci km-də yerləşən körpü avtomobillərin və insanların intensiv hərəkətini nəzərə alaraq, həmçinin yüklərin daşınmasını təmin etmək məqsədilə müvəqqəti olaraq açılıb. Əsas məqsəd əhalinin və ətraf kəndlərin təhlükəsizliyini qorumaq, həmçinin magistral yolların sel suları tərəfindən yuyulmasının qarşısını almaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR