“Azerfon” iş yerlərinin sayını artırır

“Azerfon” iş yerlərinin sayını artırır
# 21 may 2010 14:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk 3G operatoru “Azerfon” şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan illik əmək sərgisində iştirak edib.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, sərgi Qafqaz Universitetində Qafqaz Universitetinin tələbə və məzunları, eləcə də Abşeron yarımadasının işsiz sakinləri üçün keçirilib.

“Azerfon” şirkəti tərəfindən əmək yarmarkasında 51 vakant iş yeri təqdim olunub. Yarmarkanın keçirildiyi müddətdə daxil olmuş bütün ərizələr bir neçə həftə ərzində təhlil olunacaq və namizədlər müsahibə üçün şirkətə dəvət olunacaq. Hazırda “Azerfon” şirkətində müxtəlif sahələrdə 700-dən artıq əməkdaş işləyir və bu rəqəm günü-gündən artır.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir və 1,5 mln. abunəçiyə xidmət göstərir. Ötən il “Azerfon” şirkəti “Vodafone” şirkəti ilə qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalayıb və ilin sonunda ölkədə ilk dəfə 3G texnologiyaları üzərindən xidmət göstərməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR