“Google Earth”də Bakının üçölçülü təsvirləri yerləşdirilib

“Google Earth”də Bakının üçölçülü təsvirləri yerləşdirilib
# 31 may 2010 15:05 (UTC +04:00)
Bakı - APA-Economics. «Google» şirkətinin bir qədər əvvəl dünya şəhərlərinin təsvirlərini 3D formatına çevirməyə başlayan «Google Earth» servisi artıq Azərbaycana gəlib.

APA-Economics”in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərindəki binaların təsvirinin 3D formatında işlənib hazırlanmasını həyata keçirən tərtibatçılar Azərbaycan paytaxtı Bakının da müvafiq görüntülərinin hazırlanmasına başlayıblar.

Proqramın bir qədər bundan əvvəlki yenilənməsindən sonra artıq bəzi obyektlərə 3D formatında baxmaq mümkündür. Bunların arasında Bakının televiziya qülləsi, Hökumət Evi, Azərbaycan Mərkəzi Bankı, Bakı Bulvarında quraşdırılmış Azərbaycan bayrağı və əlbəttə ki, məşhur Qız Qalası yer alıb. Sadalanan bütün bu tikililərin üçölçülü təsvirləri hazırlanıb və hazırda onlar olduqca real görünür.

“E-Azerbaijan” yazır ki, binaların hətta ən xırda detalları belə tərtibatçıların nəzərindən qaçmayıb (açıq pəncərələr, elan lövhələri, ventilyasiya qurğuları və s.). 3D formatına çevrilmiş bu təsvirlərin birinə daxil olmaqla həmin bina haqqında ətraflı məlumat almaq, fotoşəkillərə baxmaq, binanı əhatə edən küçələr və digər maraqlı informasiya əldə etmək olar.

“Google”nin bu cür tempini nəzərə alsaq, çox güman ki, artıq yaxın gələcəkdə bütün Azərbaycana 3D təsvirdə baxmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR