“Azerfon” yaradıcılıq və istehsal xidmətləri agentliyinin seçilməsi üzrə tender elan edib

“Azerfon” yaradıcılıq və istehsal xidmətləri agentliyinin seçilməsi üzrə tender elan edib
# 03 iyun 2010 07:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azerfon” şirkəti yaradıcılıq və istehsal xidmətləri agentliyinin seçilməsi üzrə AFT-10-009 saylı tender elan edib.

Tender komissiyasından “APA-Economics”ə verilən məlumata görə, tender təklifi üçün sorğuların və qiymət siyahılarının təqdim olunmasından əvvəl aidiyyəti olan şirkətlərdən məlumatın açıqlanmaması haqqında razılaşmanı təsdiq etmək və təsdiq olunmuş sənədin skanlaşdırılmış versiyasını “AFT-10-009” mövzusu ilə elektron poçt vasitəsilə [email protected] ünvanına göndərmək lazımdır.

Tenderdə iştirak etmək niyyətin və müvafiq olaraq məlumatın açıqlanmayası haqda razılaşmanın təsdiq olunması üçün son tarix iyunun 9-dur. Əlavə məlumat üçün www.narmobile.az internet səhifəsində “Azerfon” haqqında bölməsini seçərək tender bölməsinə daxil olmaq olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR