Xaçmaz Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib

Xaçmaz Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib
# 03 iyun 2010 09:09 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Xaçmaz Telekommunikasiya Qovşağı kotirovka sorğusu elan edib.

Tender komissiyasından “APA-Economics”ə verilən məlumata görə, sorğu şərtlərinə əsasən Xaçmaz TKQ-nın xidməti ərazisində kənd ATS-nin rekonstruksiyası ilə əlaqədar Qımıl-qışlaq 208/30 №-lik, Uzunoba 128/30 №-lik, Nizami və Nərəcan 160/30 №-lik tutuma malik EATS-nin (transmissiya avadanlığı nəzərə alınmaqla) satın alınması nəzərdə tutulur.

Kotirovka təklifləri iyunun 8-dək Xaçmaz TKQ-nın kadrlar şöbəsinə təqdim edilməlidir. Kotirovka sorğusu ilə əlaqədar əlavə məlumat almaq üçün Xaçmaz TKQ-yə (0172) 5-14-75 nömrəsinə müraciət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR