Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yeni telefon stansiyası ilə təchiz edilməsi üçün tender elan edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yeni telefon stansiyası ilə təchiz edilməsi üçün tender elan edilib
# 05 iyun 2010 07:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi komitənin inzibati binasının yeni telefon stansiyası ilə təchiz edilməsi məqsədilə telefon stansiyasının və telefon aparatlarının satın alınması üçün tender elan edib.
APA-Economics”in məlumatına görə, tender proseduru iyulun 6-da Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.
İddiaçı tender təklifini və bank təminatını iyulun 5-dək, digər tələb olunan sənədləri isə iyunun 25-dək təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 350 manatdır.
Əlavə məlumat üçün 493 50 58 (233) telefon nömrəsinə müraciət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR