İnternetdə minlərlə sayt haker hücumuna məruz qalıb

İnternetdə minlərlə sayt haker hücumuna məruz qalıb
# 10 iyun 2010 13:20 (UTC +04:00)
Bakı - APA-Economics. İnternet-təhlükəsizlik sahəsində tədqiqatlarla məşğul olan “SafeScan” şirkəti dünya üzrə minlərlə veb-saytın sındırılması ilə nəticələnən irimiqyaslı haker hücumunun aşkar olunduğunu bildirib.

APA-Economics”in məlumatına görə, sindirilmiş saytların dəqiq sayını hələ müəyyən etmək mümkün deyil, lakin bu rəqəmin 7-115 min arasında olduğu güman edilir.

"Cybersecurity” yazır ki, hücuma məruz qalmış layihələr arasında az tanınmış şirkətlərlə yanaşı, ABŞ-ın “Wall Street Journal” biznes nəşri, İsrailin “Jerusalem Post” milli qəzeti, “ServiceWoman.org” və “IntlJobs.org” tanınmış beynəlxalq layihələr, eləcə də digər geniş auditoriyası olan informasiya resursları qeydə alınıb.

“Cisco Systems”in tərkibində olan “ScanSafe” əsas təşkilatının şəbəkələrindən istifadə edərək hələ iki gün bundan əvvəl xaker hücumlarını qeydə almağa başladığını bildirir. Server proqram təminatlarındakı zəif nöqtələrdən istifadə edən hakerlər veb-səhifələrdə pisniyyətli HTML kodunu yerləşdirməyə başlayıblar. Məhz həmin HTML kodu istifadəçiləri bədəməl saytlara yönəldib və burada istifadəçinin kompüterinə troyan və digər zərərli proqramlar yüklənilməyə başlayıb.

“HP” və “Microsoft” şirkətləri də sözügedən hücum haqqında məlumatlı olduqlarını bildiriblər və SQL - zəif nöqtələrin aşkar olunmasını təmin edən “Scrawir” adlı birgə proqram təminatının artıq təqdim etdiklərini qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR