Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycanda İKT-nin inkişaf perspektivləri və Azərbaycanın regiona təsiri” mövzusunda toplantı keçirilib

Azərbaycan Diplomatik Akademiyasında “Azərbaycanda İKT-nin inkişaf perspektivləri və Azərbaycanın regiona təsiri” mövzusunda toplantı keçirilib
# 16 iyun 2010 16:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Azərbaycanda İKT-nin inkişaf perspektivləri və Azərbaycanın regiona təsiri” mövzusunda toplantı keçirilib.

APA-Economics”in məlumatına görə, toplantını açıq elan edən ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, bu gün Azərbaycanda İKT sürətlə inkişaf edir: “Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması istiqamətində görülən işlər bu sahədə atılan mühüm addımlardan biridir”.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov RİTN-in ADA ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın İKT sahəsində ambisiyaları böyükdür: “Ölkənin rabitə və informasiya texnologiyaları bazarında liberal mühit mövcuddur. Elə bunun nəticəsidir ki, hər ay bu sahədə bir neçə şirkət yaradılır”.

Azərbaycanda İKT sahəsində həyata keçirilən islahatlar haqda məlumat verən Ə.Abbasov daha sonra ADA dinləyicilərinin suallarını cavablandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR