Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzarət səlahiyyətləri genişləndrilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzarət səlahiyyətləri genişləndrilib
# 23 iyun 2010 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı»na dəyişikliklər və əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavələrə əsasən, siyahının 9-cu kateqoriyasında (mühərrik qurğuları, kosmik aparatlar və uyğun avadanlıqlar, sistemlər, avadanlıqlar və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, «proqram təminatı», texnologiyalar) mülki məqsədlər üçün icazənin verilməsi, eləcə də ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl vəsonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Nəqliyyat Nazirliyindən alınaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyasına verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR