“Ultra” şirkəti İqtisadi İnkşaf Nazirliyində “Kadrların idarə olunması” sistemini tətbiq edib

“Ultra” şirkəti İqtisadi İnkşaf Nazirliyində “Kadrların idarə olunması” sistemini tətbiq edib
# 24 iyun 2010 12:09 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “Ultra” şirkəti İqtisadi İnkişaf Nazirliyində “HRM - Kadrların idarə olunması” sisteminin tətbiqi prosesini başa çatdırıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu sistem nazirlikdə tətbiq olunan “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.
“HRM – Kadrların İdarəolunması” sistemin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə olunub:
- Kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;
- Əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;
- Əmrlərin və əmək müqavilələrinin şablon əsasında avtomatik yaradılması;
- Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;
- Ştat cədvəli üzrə hesabatların formalaşdırılması;
- Personalla əlaqədar hesabatların formallaşdırılması.

Sistem bir neçə moduldan (“Ştat cədvəli” modulu, “Kadrlar” modulu, “İş vaxtının uçotu” modulu) ibarətdir ki, bu da təşkilatda kadrların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanlar təmin edir. Həmçinin sistemdə biznes proseslərin aparılması üçün əməkdaşların reyestri, ətraflı axtarış, stajların avtomatik hesablanması, kadr əməliyyatları kimi xidmətlər də yaradılıb
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR