Yunanıstanda hava və dəmir yolu nəqliyyatı fəaliyyətini dayandırıb

Yunanıstanda hava və dəmir yolu nəqliyyatı fəaliyyətini dayandırıb
# 30 iyun 2010 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yunanıstanda hava və dəmir yolu nəqliyyatı fəaliyyətini dayandırıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb hava və dəmir yolu nəqliyyatı işçilərinin 24 saatlıq tətil etməsidir ki, bu da öz növbəsində ölkə hökumətinin pensiya sistemi və əmək qanunvericiliyində islahatların aparılması ilə əlaqədardır.

İslahatlar çərçivəsində pensiyaların azaldılması, pensiya yaşının artırılması və işçilərin işdən azad olunması prosedurunun sadələşdirilməsi kimi tədbirlər gözlənilir. Yunanıstan parlamentində sözügedən tədbirlərin icra olunmasına bu gün baxılacağı gözlənilir.

Hazırda Yunanıstanda bütün beynəlxalq və daxili aviareyslər, həmçinin dəmir yolu marşrutları yerinə yetirilmir.

Qeyd edək ki, bu ilin iyul ayının 3-də Bakı-Krit adası (Yunanıstan) birbaşa çarter aviareysinin açılması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR