Mingəçevirdə hər 100 ailədən 95-i telefondan istifadə edir

Mingəçevirdə hər 100 ailədən 95-i telefondan istifadə edir
# 04 avqust 2010 06:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın Mingəçevir şəhərində hər 100 ailədən 95-i telefondan istifadə edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, şəhərin telefon rabitə qovşağı üzrə 21 480 nömrədən 20 900 ədədi istifadədədir.

Şəhərin telefonlaşdırılması çətin olan ərazilərdə əhalinin telefona olan tələbatını təmin etmək məqsədilə CDMA tipli simsiz rabitədən istifadə edilir. Eyni zamanda, bu xidmətdən şəhərin kommersiya qurumları və fiziki şəxslər tərəfindən istifadə edilməsinin nəticəsində 1000 nömrə tutumlu CDMA stansiyasının artıq 800 nömrəsindən çoxu istifadədədir.

Genişzolaqlı internet şəbəkəsi üzərindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədi ilə «Aztelekom.net» internet provayderin 88 kanalından 85-i, «Data Plus»un 240 kanalından 195-i, «AvirTel»in 48 kanalından 43-ü şəhər telekommunikasiya şəbəkəsinə qoşularaq hazırda qovşağda ADSL portlarının sayı 323-ə çatdırılıb.

RİTN və Təsil Nazirliyi arasında bağlanmış müqaviləyə uyğun olaraq şəhərin təhsil müəssisələrinə, məktəblərə pulsuz internet xidmətinin göstərilməsi məqsədilə qovşağın stansiyalarında avadanlıqlar quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR