Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri son bir ildə gəlirini 4% artırıb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri son bir ildə gəlirini 4% artırıb
# 04 avqust 2010 13:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeçiliyində olan birlik və müəssisələr üzrə əldə edilən gəlirin həcmi proqnoza qarşı 0,2% artaraq 130,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

RİTN-in ilin birinci yarımillik üzrə hesabatına əsasən, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 48,4 mln. manata çatdırılıb. Hesabat dövründə RİTN-in strukturuna daxil olan rabitə müəssisələri tərəfindən dövlət büdcəsinə 21,9 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 6,3 mln. manat vəsait ödənilib.

Bu ilin yanvar-iyun aylarında ümumilikdə İKT və poçt sektoruna 44,7 mln. manat investisiya qoyulub, bundan 15,2 mln. manat RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən yatırılan investisiyaların payına düşür.

Həyata keçirilən investisiya layihələri çərçivəsində ölkənin ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 46 113 nömrə (o cümlədən, RİTN üzrə 28 484 nömrə) artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 637 227 nömrəyə (RİTN üzrə 1 433 184 nömrə) çatdırılıb. Regionlarda telefon şəbəkəsinin modernləşdirməsinə və yeni texnologiyaların tətbiqinə 6,94 mln. manat investisiya yönəldilib ki, bunun da nəticəsində 45 504 nömrə tutumlu elektron ATS-lər, 123,4 km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər, 6 062 abunəçi xətti istismara verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR