Azərbaycana «Mercedes-Benz» avtomobillərinin yeni modelləri gətiriləcək

Azərbaycana «Mercedes-Benz» avtomobillərinin yeni modelləri gətiriləcək
# 05 avqust 2010 06:34 (UTC +04:00)
Bu barədə «APA-Economics»e «AutoStar Kaukasus» şirkətinin satış üzrə meneceri Ziya Mahmudov məlumat verib.
Onun sözlərinə görə, yeni modellər sırasında əvvəllər satışda olmayan, həmçinin artıq bazarda olan, lakin yenilənmiş (restyling) modellər olacaq: «Sözügedən modellərin ölkəyə gətirilmesi prosesi 2010-2012-ci illəri əhatə edəcək. Yeni və yenilənmiş modellər sırasına «Mercedes-Benz»in «E-Class coupe» və «C-Class coupe», «S-Class 400 Hybrid», «ML-Class», «CLS-Class» modelləri daxildir. Bütün bu modellər ilk öncə beynəlxalq avtomobil sərgilərində nümayiş olunacaq».
Z.Mahmudov həmçinin bildirib ki, Azərbaycanda istismarda olan yanacağa görə «AutoStar Kaukasus» şirkəti «Mercedes-Benz»in bir çox modellərini ölkəyə gətire bilmir. Belə ki, Azərbaycandakı yanacaq hələ «Euro-3» standartına cavab vermir.
«AutoStar Kaukasus» şirkətinin rəsmisi onu da qeyd edib ki, «Mercedes-Benz» şirkəti 2011-ci ilin sonunda «B-Class» modelini yeniləşdirəcək. Lakin Azərbaycanda bu sinifə aid olan modellərə tələbat olmadığından «AutoStar Kaukasus» «B-Class»ı idxal etməyəcək.
Z.Mahmudov həmçinin bildirib ki, «Mercedes-Benz» şirkəti öz siyasətinə uyğun olaraq 2011-ci ilin iyun ayından etibarən «ML-Class» modellərinin istehsalını tam dayandıracaq.
Qeyd edek ki, «AutoStar Kaukasus» şirkəti Azərbaycanda 10 ilə yaxındır fəaliyyət göstərir. Hazırda şirkət «Mercedes-Benz» və «Maybach» avtomobillərinin ölkədə rəsmi distribütorudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR