Azərbaycanda Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi üçün kadrların hazırlanması məqsədilə müsabiqə keçirilir

Azərbaycanda Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sistemi üçün kadrların hazırlanması məqsədilə müsabiqə keçirilir
# 05 avqust 2010 08:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyi peyk naviqasiyasından istifadə etməklə Bakı şəhərində Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sisteminin yaradılması ilə əlaqədar kadrların hazırlanması məqsədi ilə müsabiqə keçirir. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.

Müsabiqə iştirakçıları ali təhsilli olmalı, yaşı 30-dan çox olmamalı, proqram təminatı üzrə fundamental kompüter biliklərinə malik olmalı və ingilis dilini mükəmməl bilməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər Cənubi Koreyada müvafiq təlim kursları keçdikdən və təcrübə topladıqdan sonra İntellektual İdarəetmə Mərkəzində işlə təmin olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər müvafiq sənədləri sentyabrın 18-dək Nəqliyyat Nazirliyinə (tel: (994 12) 431 41 78; (050) 434 46 45) təqdim edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR