Azərbaycanda radiotezlik kanallarının parametrlərinin təyin edilməsi üzrə normativlər hazırlanır

Azərbaycanda radiotezlik kanallarının parametrlərinin təyin edilməsi üzrə normativlər hazırlanır
# 06 avqust 2010 10:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi şüalandırıcı radioelektron vasitələrin növünə görə beynəlxalq tövsiyələr və standartlar nəzərə alınmaqla, radiotezliklərin ayrılması zamanı texnologiyaların növünə və beynəlxalq standartlara uyğun olaraq radiotezlik kanallarının eninin və texniki parametrlərinin təyin edilməsi üzrə normativlər tərtib edir.

RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, sənədə RİTN-in Elmi Texniki Şurasının (ETŞ) radio, TV və tezliklər bölməsində baxılıb və son düzəlişlər nəzərə alınmaqla ETŞ-nin müzakirəsinə çıxarılması barədə qərar qəbul edilib.

Bununla yanaşı, radiotezliklər idarəsi radiotezliklərdən qeyri-qanuni istifadənin qarşısının alınması məqsədilə 446-446,1 MHs tezliklərində istifadə olunan «Cobra» tipli radioelektron vasitələrin (REV) qeydiyyata alınması məqsədi ilə bir sıra tədbirlər görüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR