Bu il Azərbaycanda «Mercedes» avtomobillərinin satış həcminin artacağı gözlənilir

Bu il Azərbaycanda «Mercedes» avtomobillərinin satış həcminin artacağı gözlənilir
# 06 avqust 2010 10:57 (UTC +04:00)
Baki. Nicat Mustafayev – APA-Economics. Almaniyanin «Mercedes-Benz» avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «AutoStar Kaukasus» şirkəti 2010-cu ilin sonunadək «Mercedes-Benz» avtomobillərinin ölkədə satış həcmini artırmaq niyyətindədir.
«AutoStar Kaukasus» şirkətinin satış üzrə meneceri Ziya Mahmudovun «APA-Economics»ə verdiyi məlumata görə, ölkənin ilkin avtomobil bazarında nisbi durğunluğun yaranmasına baxmayaraq, «AutoStar Kaukasus» qarşısına qoyduğu satış planı artıqlaması icra edir: «Cari ilin ilk ayları bizim üçün bir qədər böhranlı olub. Lakin 2010-cu ilin ilk yarım ilində avtomobillərimizin satış həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 30% artırmışıq. Bu ilin sonunda isə 2009-cu ilin yekunu ilə müqayisədə ölkədə realizə etdiyimiz avtomobillərin həcmini 10-15% artacağını proqnozlaşdırırıq».
Hazırda Azərbaycanda «Mercedes-Benz» avtomobillərinin daha çox satılan modellərinə gəldikdə isə Z.Mahmudov qeyd edib ki, ümumiyyətlə, dünya avtomobil bazarında, o cümlədən Azərbaycanda satış həcminə görə «S-Class» modelləri lider mövqeyə malikdir.
Qeyd edək ki, «AutoStar Kaukasus» şirkəti Azərbaycanda 10 ilə yaxındır fəaliyyət göstərir. Hazırda şirkət «Mercedes-Benz» və «Maybach» avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR