Azərbaycanda bu il ərzində telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşması 2 dəfə çox artıb

Azərbaycanda bu il ərzində telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşması 2 dəfə çox artıb
# 09 avqust 2010 08:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin ilk yarımilliyi ərzində ümum istifadəli telekommunikasiya şəbəkəsində istifadə üçün operatorlara, hüquqi və fiziki şəxslərə yeni prefikslər ayırıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sorğuların cavablandırılması və intellektual xidmətin təşkili üçün 10 ədəd üçrəqəmli prefiks, stasionar telefon rabitəsi xidməti üçün 70 min ədəd prefiks, mobil telefon rabitəsi xidməti üçün 7 milyon ədəd prefiks ayrılıb.

Eyni zamanda Dövlət Radiotezliklər İdarəsində qeydiyyatda olan, lakin mülki dövriyyəsinə xüsusi icazə alınmayan radio avadanlıq istifadəçilərinə müvafiq icazənin alınması üçün şirkətlərə məktublar göndərilib və təqdim olunan sənədlər əsasında müvafiq tədbirlər görülüb.

Sənədləri mövcud qanunvericiliyə uyğun qaydada RİTN-ə təqdim edilmiş müraciətlər əsasında bu ilin I yarım illiyi ərzində müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 87 ədəd xüsusi icazə verilib.

Hesabat dövründə müxtəlif tipli telekommunikasiya vasitələri və qurğularına 459 ədəd “Uyğunluq sertifikatı” verilib ki, bu da keçən ilin müvafiq dövrü (158 ədəd) ilə müqayisədə 2,9 dəfə çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR