Kür çayı üzərindən körpünün bağlanması Şirvanda bahalaşma yaradıb - FOTO
10 avqust 2010 11:21 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər ticarət mərkəzində monitorinq aparan «Aran» İnsan Hüquqları Resurs Mərkəzinin əməkdaşları məlumat verib.
Məlumata görə, ticarət mərkəzində pomidorun 1 kq-nın qiyməti 1,5 manat, mövsümü meyvələrin minimal qiyməti 1,5 manat, qarpız 30 qəpik, yemiş 50 qəpik, mal əti 5,5 manat təşkil edir. Analoji artım digər məhsullar üzrə də müşahidə olunur.
Xidmət sahələrinə də ciddi ziyan dəyib. Xidmətlərdən istifadə edənlərin sayı iki dəfə azalıb. Qeyd edilir ki, Sabirabad rayonunun 50-dən çox kəndinin əhalisi öz məhsullarını Şirvan bazarında satmağa üstünlük verirlər. Eyni zamanda Sabirabadla yanaşı Saatlı rayonunun kəndlərinin əhalisi də bu körpüdən keçməklə öz məhsullarını Bakı şəhərinə və digər rayonların bazarlarına çıxarır.
Şirvan 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov isə bildirib ki, əraziyə ezam edilmiş Moskva «Körpülərin və digər mühəndis qurğularının tədqiqatı» üzrə Elmi-Layihə İnstitutunun iki elmi işçisi Kür çayı üzərindən keçən və yaranmış qəza (uçma) səbəbindən bağlanmış körpüdə layihəqabağı müayinələr aparıblar və rəyi «Azəryolservis» ASC-yə təqdim ediblər.
İlkin ehtimallara görə, mütəxəssislər körpünün əsaslı təmir edilməsi üçün işçi layihə hazırlayacaqlar. Layihə əsasında körpü əsaslı təmir ediləcək və yalnız yüngül minik avtomobilləri üçün açılacaq.

İnfrastruktur
Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
18:05
13 sentyabr 2024
Azərbaycanda sərnişindaşıma 9% artıb
17:39
13 sentyabr 2024
Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq
17:28
13 sentyabr 2024
Əla fürsət: Kirayə ödəmək yerinə öz evinizə sahib olun!
16:30
13 sentyabr 2024