«Ultra» şirkəti «Adobe Systems Incorporated»in «Silver Partner» statusu alıb

«Ultra» şirkəti «Adobe Systems Incorporated»in «Silver Partner» statusu alıb
# 10 avqust 2010 14:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «Ultra» şirkəti «Adobe Systems Incorporated» tərəfindən «Silver Partner» («Gümüş Tərəfdaş») statusu alıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu status, şirkətin müştərilərinə «Adobe Systems Incorporated»in ən müasir avadanlıqları, resursları və texniki informasiyanı əldə etmək imkanı verir.

«Ultra» və «Adobe Systems Incorporated» şirkətlərinin əməkdaşlığı ötən il başlayıb və müştərək layihələrin irəli sürülməsi və tətbiq olunması bazasında inkişaf edir. Yeni status «Ultra» şirkətinə «Adobe Systems» həlləri bazasında İT sistemin qurulmasında öz yüksək ixtisasını təsdiq etdiyi üçün verilib. Yeni status «Ultra»nın mütəxəssislərinə «Adobe Systems» tərəfindən texniki dəstəyə və «Adobe» həllərini yüksək səviyyədə adaptasiya etmək üzrə şirkətə kömək edəcək sistemli təlimlərə müraciət etmək hüququ verir.

Xatırladaq ki, «Ultra» şirkəti 2009-cu ilin noyabr ayında «Adobe Systems Incorporated» şirkəti ilə tərəfdaşlıq haqqında razılaşma imzalayıb. Şirkət «Adobe Livecycle ES2» və «Adobe Acrobat Connect PRO» həllərinin uyğunlaşması və tətbiq olunmasını həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR