Azərbaycan bazarına yeni netbuk çıxarılıb

Azərbaycan bazarına yeni netbuk çıxarılıb
# 11 avqust 2010 07:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «Datacell» şirkəti («Elcell» ticarət markası) ilə «Hewlett Packard» (HP) şirkətinin yerli nümayəndəliyi yeni «HP Mini 110-3050er» eksklüziv netbukun satışına başlayıb.

«Datacell» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində alıcılar çox səmərəli qiymətlə yeni müasir «HP» netbuk modelini USB simsiz «Elcell» modemi ilə komplektdə və sürətli mobil internetə 3 və ya 6 ay müddətinə, aylıq 1 GB pulsuz qoşulma şərti ilə əldə edə bilərlər.

Qeyd edilən məhsulları «World Telecom» mağazalar şəbəkəsində, «Elcell»in diler şəbəkəsində və yaxın zamanlarda «Elcell» müştəri xidməti ofislərində əldə etmək mümkündür.

Xatırladaq ki, 2005-ci ildə yaradılmış «Datacell» şirkətinin xidmətləri ən müasir HC-SDMA «iBurst» simsiz rabitə texnologiyasına əsaslanır. Bu texnologiya münasib qiymətlərlə yüksək sürətli və etibarlı simsiz kabel və mobil internet xidmətini təmin edir. Geniş zolaqlı internet xidmətlərindən başqa, «Datacell» bank, pərakəndə satış, nəqliyyat və digər sektorlar üçün bir sıra yüksək keyfiyyətli internet xidmətləri təklif edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR