«Aztelekom» yeni avadanlıqlar alır

«Aztelekom» yeni avadanlıqlar alır
# 12 avqust 2010 08:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi istismar zərurəti ilə əlaqədar yeni avadanlıqların alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

Kotirovka Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, kotirovka sorğusu çərçivəsində «Aztelekom» öz vəsaiti hesabına 15 dəst FSM-12 avadanlıqlarının alınmasını nəzərdə tutur.

Kotirovka təklifləri bu il avqustun 17-dək «Aztelekom»un texniki layihələndirmə şöbəsinə təqdim edilməlidir.

Əlavə məlumat üçün «Aztelekom»un Kotirovka Komissiyasına (+994 12) 343 49 53/343 49 44 telefon nömrələri ilə müraciət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR