«B&B TV Communication» HDTV xidmətlərini iki dəfəyədək ucuzlaşdırıb

«B&B TV Communication» HDTV xidmətlərini iki dəfəyədək ucuzlaşdırıb
# 12 avqust 2010 12:55 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk kabel televiziyası şirkəti olan «B&B TV Communication» HDTV standartında (High-Definition Television - yüksək təsvir dəqiqlikli televiziya) televiziya yayımı xidmətlərinin qiymətini iki dəfəyədək azaldıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bu xidmətin aylıq abunə haqqı 12 manat, qoşulma haqqı isə 120 manat təşkil edir. Bundan öncə isə qoşulma və HD dekoder 200-300 manat, aylıq abunə haqqı 20-40 manat olub.

HDTV müasir televiziya standartı olaraq analoq və rəqəmsal televiziya standartları ilə müqayisədə daha dəqiq görüntü, dolğun rəng və həcmli səs təqdim edir. HD yayımda videogörüntü 1080i MPEG-4 formatında olacaq, təsvir ölçüsü isə 1920×080 piksel nisbətində götürülüb. Videogörüntü axınının kodlaşdırma standartı kimi DVB-T PAL MPEG-4 seçilib. Daha aydın səs Dolby Digital standartına məxsus AC3 5.1 (6 kanallı rəqəmsal həcmli səs) formatı ilə təmin olunur.

Yeni texnologiyaya qoşulmaq üçün abunəçilər HD dekoder qurğusu almalıdır. HDTV xidmətinin satışını 6 kanaldan ibarət əlavə paket vasitəsilə həyata keçirəcək şirkət ilin sonunadək müştəri bazasını 10% genişləndirməsi planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR