Ermənistan prezidentinin təyyarəsi satışa çıxarılır

Ermənistan prezidentinin təyyarəsi satışa çıxarılır
# 12 avqust 2010 13:56 (UTC +04:00)
Bakı – APA-Economics. Ermənistanda ölkə prezidentinin səfərləri zamanı istismar olunan «Tu-134» təyyarəsini hərraca çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bununla bağlı ölkə hökuməti müvafiq qərar qəbul edib.

Bu təyyarə 1977-ci ildə buraxılıb və hazırda onun köhnəlmə dərəcəsi 70%-ə çatıb. Təyyarənin start qiyməti 600,1 mln. dram və ya 1,6 mln. ABŞ dolları məbləğində müəyyənləşdirilib.

Bu təyyarə 2007-ci ildə daha müasir, 1998-ci ildə buraxılan «Airbus A-319» təyyarəsi ilə əvəz olunub. Həmin təyyarə 45 mln. dollara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR