“AzAL” Azərbaycana məxsus təyyarənin Atatürk Hava Limanında uçuş-eniş zolağından çıxması ilə bağlı rəsmi məlumat yayıb - FOTOSESSİYA

“AzAL” Azərbaycana məxsus təyyarənin Atatürk Hava Limanında uçuş-eniş zolağından çıxması ilə bağlı rəsmi məlumat yayıb - <font color=red>FOTOSESSİYA</font>
# 12 avqust 2010 14:13 (UTC +04:00)
APA-Economics”-in xəbərinə görə, «Azərbaycan Hava Yolları» QSC-nin (AzAL) xidmət rəisi Məhərrəm Səfərlinin imzası ilə yayılan məlumatda qeyd olunur ki, «AzAL»-a məxsus 4K-AZ04 nömrəli «Airbus-314» təyyarəsi 075 saylı reyslə yerli vaxtla saat 10:06-da Bakıdan İstanbul şəhərinə uçub. Türkiyə vaxtı ilə saat 10:40-da Atatürk Hava Limanında yerə enib. Yerə endikdən sonra uçuş-enmə zolağında dönərkən hava gəmisinin qabaq şassisi zolağın süni örtüyündən kənara çıxdığı üçün təyyarənin ön hissəsi torpağa oturub. Təyyarədə olan 8 ekipaj üzvü və 119 sərnişindən heç biri xəsarət almayıb.

Məlumatda o da qeyd olunur ki, hazırda hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədi ilə «Azərbaycan Hava Yolları» QSC və Türkiyə Mülki Aviasiyasının rəsmiləri tərəfindən komissiyalar yaradılıb və təhqiqata başlanıb.

İlkin araşdırmalara görə, təyyarə uçuş-enmə zolağına endikdən sonra hava gəmisinin kapitanı sürəti tənzimləyə bilməyib. Nəticədə, qabaq şassinin ön dayağı qatlanıb və mühərrikin örtüyü zədələnib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR