“NarMobile” sponsorluğu ilə keçirilən “Doğma Diyar” konsert turu Şirvana çatıb

“NarMobile” sponsorluğu ilə keçirilən “Doğma Diyar” konsert turu Şirvana çatıb
# 17 avqust 2010 09:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ilk 3G operatoru olan “Azerfon” şirkətinin 2G şəbəkəsi brendi olan “NarMobile”ın sponsorluğu ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop-ulduzlar Röya və Zamiq Şirvanda açıq havada konsert proqramı ilə çıxış ediblər.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın 15 bölgəsini əhatə edəcək konsert turu iyulun 12-də Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli şəhərlərində keçirilib.

Konsertlərdə iştirak edən sakinlər “NarMobile”dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, “NarMobile” abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 manat ödəməklə şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

“NarMobile” sponsorluğu ilə “Doğma Diyar” layihəsi “Ulduz Production”ın təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən etibarən “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Ötən il “Azerfon” və “Vodafone” şirkətləri arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb və dekabr ayından etibarən şirkət “Azerfon-Vodafone” brendi ilə ölkədə ilk dəfə 3G texnologiyası üzərindən xidmət göstərməyə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və hazırda 1,6 mln. abunəçiyə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR