“Az.StarNet” şirkəti Sumqayıtda əhatə dairəsini genişləndirir

“Az.StarNet” şirkəti Sumqayıtda əhatə dairəsini genişləndirir
# 17 avqust 2010 11:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın “Az.StarNet” internet provayder şirkəti xidmət göstərdiyi ərazilərin əhatə dairəsini genişləndirir.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, artıq Ələtdə yerləşən 544 və Sumqayıtda 656/657/648 nömrəli ATS-lərə internet qoşulmaları təmin edilib.

Yaxın günlərdə şirkət Sumqayıtda 654/655 nömrəli ATS-lərə internet qoşulması imkanlarını təqdim edəcək. Hazırda “Az.StarNet” Xırdalanda 342, Mərdəkanda 454-554 nömrəli ATS-lərə internet qoşulması üzrə xidmətlər təqdim edib.

Eyni zamanda şirkətin ADSL xidmətlərini 341, 342, 370, 374, 375, 376, 570, 406, 421, 422, 423, 323, 520, 428, 429, 430, 431, 530, 432, 433, 434, 533, 438, 439, 510, 537, 440, 441, 449, 450, 453, 553, 454, 554, 471, 472, 473, 479, 571, 579, 477, 478, 491, 493, 498, 598, 494, 495, 596, 597, 513, 560, 568, 569, 514, 566, 567, 550, 561, 562, 563, 564 ATS-lərinin ərazisində yerləşən abunəçilərə göstərir.

“Az.StarNet”in 1 Mbit/s sürətlə limitsiz trafik üzrə internetə qoşulma xidmətinin tarifi 20 manat, 2 Mbit/s sürətlə limitsiz trafik cəmi 30 manat təşkil edir.

Xatırladaq ki, “Az.StarNet” informasiya texnologiyaları bazarında 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, “Sonuncu mil” problemlərini həll edir. “Az.StarNet” Simsiz qoşulma (10 Mbit/s-yə qədər), optik lifli qoşulma (100 Mbit/s-yə qədər) və ADSL texnologiyası ilə qoşulma imkanlarını təqdim edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR