«Azerfon-Vodafone» yeni 3G İnternet paketini istifadəyə verib

«Azerfon-Vodafone» yeni 3G İnternet paketini istifadəyə verib
# 17 avqust 2010 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru «Azerfon-Vodafone» şirkəti yeni 3G paketini istifadəyə verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azerfon-Vodafone» abunəçiləri yeni «3G+ Tükənməyən İnternet» paketlərinə qoşularaq, limitsiz 7,2 MB/s-ə qədər yüksək sürətli internetdən yararlana bilər.
Eyni zamanda abunəçilər 30 günlük «3G+ Tükənməyən İnternet» paketlərinə qoşularaq, 3G+ İnternet Modemini hədiyyə olaraq qazanacaq. «3G+ Tükənməyən İnternet» paketlərini sifariş etmək üçün «7 günlük paket - Data7» və ya «30 günlük paket - Data7» SMS mətnlərindən birini 1123 nömrəsinə göndərərək əldə etmək olar.


Paketin adı

Paketin dəyəri

(AZN-lə)

Trafik
(MB-la)

İstifadə müddəti

7 günlük paket

15 AZN

Limitsiz

7 gün

30 günlük paket

57 AZN

Limitsiz

30 gün

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR